Azərbaycan sahibkarları fevralın 23-25-də Lahor şəhərində keçiriləcək 2-ci Mühəndislik və Səhiyyə Sərgisinə (2nd Engineering and Healthcare Show – EHCS-2023) dəvət olunub.

İqtisadiyyat.az xəbər verir ki, sərgi Pakistanın Ticarət Nazirliyinin dəstəyi, Ticarətin İnkişafı İdarəsinin təşkilatçılığı ilə keçiriləcək.

Bildirilib ki, builki sərgidə 170-dən çox Pakistan istehsalçısının kənd-təsərrüfatı avadanlığı, avtomobil və avtomobil hissələri, məişət texnikası, təhlükəsizlik avadanlığı, inşaat materialları, kimyəvi maddələr, boyalar, zərgərlik əşyaları və daşlar, qablaşdırma materialları, mebel, idman malları, cərrahi alətlər, əczaçılıq və kosmetik məhsulları təqdim olunacaq.

Xatırladaq ki, 2022-ci ilin fevral ayında Lahor şəhərində keçirilən 1-ci Mühəndislik və Səhiyyə Sərgisində 20-dən çox sahənin məhsulları təqdim olunub, 50-dən çox xarici ölkənin şirkətləri üçün yeni imkanların araşdırılması və əlaqələrin genişləndirilməsi imkanı yaradılıb.