Azərbaycandan Rusiyaya 306 min ədəd toyuq yumurtasının növbəti partiyası ixrac edilib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (Rosselxoznadzor) məlumat yayıb.
Yanvarın 21-də “Yaraq-Qazmalar” keçid məntəqəsi vasitəsilə Azərbaycandan Rusiyaya 18 ton (306 min ədəd) həcmində daha bir partiya ərzaq yumurtası ixrac edilib.
Yanvarın 22-nə olan məlumata görə, Azərbaycandan Rusiyaya artıq 3,3 milyon ədəd yumurta tədarük olunub.
Gözəl Həşimova