Azərbaycandan bu ilin yanvar-sentyabr aylarında Rumıniyaya neft ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 31,1 % azalaraq 442,1 min ton təşkil edib.

Bu barədə İqtisadiyyat.az Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Bu müddət ərzində ölkənin Rumıniyaya ixrac etdiyi neftin dəyəri isə 266,9 milyon dollar olub. Bu da illik müqayisədə 24,2 milyon dollar azdır.

 

Gözəl Həşimova