Dünya bazarında Azərbaycan neftinin qiyməti bahalaşıb.

İqtisadiyyat.az xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,6 ABŞ dolları, yaxud 0,72 % artaraq 83,28 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.