Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun yeni klubu bəlli olub.

İqtisadiyyat.az xəbər verir ki, 28 yaşlı futbolçu Polşanın yüksək liqa təmsilçisi “Radomyak”a keçib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Rahillə 2 illik müqavilə imzalanıb.

Məmmədov bundan əvvəl də Polşada çıxış edirdi. Bu ilin yanvarında LKS-ə keçən müdafiəçi komandanın aşağı liqaya düşməsindən sonra klubdan ayrılmışdı