Azərbaycan Mərkəzi Bankı (AMB) və İsveçrənin "UBS Asset Management" şirkəti arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun İllik Toplantıları zamanı "UBS Asset Management" şirkətinin prezidenti Suni Harford ilə görüşdə əməkdaşlığımızın cari vəziyyətinı və gələcək inkişaf perspektivlərinə dair müzakirələr apardıq", - deyə o qeyd edib.