Azərbaycan və Birləşmiş Millətlər Təşkilatı (BMT) İKT sahəsində ölkəmizdə həyata keçiriləcək layihələrdə əməkdaşlıq edə bilər.

İqtisadiyyat.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Tviterdə bildirib.

Onun sözlərinə görə, bununla bağlı BMT İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Nuno Queirosla görüşdə müzakirə aparıb: “2021-2025-ci illər üçün BMT-Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”ndən irəli gələn məsələlərə dair fikir mübadiləsi apardıq. Ölkəmizdə İKT sahəsində layihələrin həyata keçirilməsi üzrə əməkdaşlığı müzakirə etdik".