Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.

Məlumata görə, fevralın 12-18-də azad olunan ərazilərdə 46 tank əleyhinə mina, 33 piyada əleyhinə mina, 525 partlamamış hərbi sursat (PHS) aşkarlanaraq zərərsizləşdirilib.

Eyni zamanda 886.1 hektar ərazi minalardan təmizlənib.