“Hazırda azad edilən ərazilərdə 10-a yaxın məscidin tikintisi davam etdirilir”.

İqtisadiyyat.az-ın xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

Onun sözlərinə görə, azad edilən ərazilərdə erməni işğalçıları məscidləri, müqəddəs məkanları dağıdıb: “Azad edilən ərazilərdə 10-a yaxın məscidin tikintisi davam etdirilir. Hətta kilsələrin də tikintisi həyata keçirilir”.