Bakıda avtomobildən 6 min manata yaxın pul oğurlayan şəxs saxlanılıb.

Bu barədə İqtisadiyyat.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində “Mercedes” markalı bir avtomobilin salonunda olan çantadan 3100 dollar, 1500 lirə və 400 lari oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Mahir Ağayev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.