"Avstriya hakimiyyəti Rusiyaya qarşı növbəti Avropa sanksiyaları paketinin təsdiqindən əvvəl onun hərtərəfli hüquqi baxışını keçirmək niyyətindədir". 

"Operativ Media" xəbər verir ki, bu barədə Avstriya Mətbuat Agentliyi Avropa İttifaqı (Aİ) rəsmilərinə istinadən məlumat yayıb.

Agentlik xatırladıb ki, çərşənbə axşamı axşam Aİ səfirləri və Avstriya yeni sanksiyalarla bağlı ümumi mövqedə razılığa gələ bilməyiblər. Avstriya paketi bloklamır, lakin "lazımi yoxlama bəndi" hüququnu özündə saxlayır. Bu o deməkdir ki, Xarici İşlər Nazirliyi və Kansler Ofisi paketi təsdiq etməzdən əvvəl hüquqi yoxlama aparacaq.

Daha əvvəl TASS-a avropalı diplomatik mənbə bildirib ki, Avropa İttifaqı Rusiya Federasiyasına qarşı 12-ci sanksiyalar paketini yaxın gələcəkdə qəbul etmək niyyətindədir. Yeni tədbirlər dekabrın sonunadək qüvvəyə minə bilər.