Avstriya iki rus diplomatını ölkədən çıxarır, onlar gələn həftənin çərşənbə axşamına qədər ölkəni tərk etməlidirlər. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Presse" qəzeti məlumat yayıb.

"Keçən il Rusiyanın Vyanadakı səfirliyinin əməkdaşlarının ölkədən çıxarılmasından sonra Avstriya Xarici İşlər Nazirliyi həftənin əvvəlində Rusiya səfirliyinin daha iki diplomatına onların hərəkətlərinin "diplomatik statusları ilə uyğun gəlmədiyinə görə" ölkədən çıxarılacaqları barədə məlumat verdi", - nəşr bildirib.