Avstraliya hökuməti ABŞ-dan dəyəri 6,6 milyard dollar olan 20 ədəd “C-130 Hercules” hərbi yük təyyarəsi alacağını açıqlayıb.

İqtisadiyyat.az bildirir ki, Avstraliya Müdafiə Sənayesi Naziri Pat Konroy bu çərçivədə ilk təyyarənin 2027-ci ildə təhvil verilməsinin planlaşdırıldığını və bu təyyarələrin Avstraliya Kral Hava Qüvvələrinə (RAAF) aid 12 Hercules tipli təyyarə parkını əvəzləyəcəyini bildirib.

Konroy həmçinin alınacaq təyyarələrlə sayın iki dəfə artıracağını qeyd edib.