Avropa ölkələri yeraltı anbarlarını (UGS) 80% qazla doldurublar. Bu da son 5 il ərzində bu tarix üçün orta göstəricidən 15,16% bəndi yüksəkdir.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Gas Infrastructure Europe" (GIE) şirkətinin məlumatında deyilir.
Məlumata görə, mövcud enjeksiyon dərəcəsini saxlamaqla, Avropa avqustun sonuna qədər UGS obyektlərini 90%-ə qədər doldura bilər.
Əlavə edək ki, Azərbaycan bu ilin yanvar-iyun aylarında Avropaya 5.7 mlrd.m3 qaz ixrac edib.