Britaniyanın "HSBC" qrupu Rusiya və Belarusa köçürmələri dayandırmaq qərarı verib.

İqtisadiyyat.az rus mediasına istinadən bildirir ki, Avropanın ən böyük bank qrupu olan "HSBC" oktyabrın 27-dən Rusiya və Belarusdakı korporativ müştərilər üçün daxil olan və gedən köçürmələrə xidmət göstərməyi dayandıracaq. Bununla bağlı artıq müştərilərə müvafiq bildirişlər göndərilib. 

Bildirişdə qeyd olunub ki, qərar mürəkkəb tənzimləmə mühiti ilə əlaqədardır.

Gülşən Şərif