Belçika polisi Qətərin iqtisadi və siyasi qərarlara təsir etmək üçün bəzi Avropa Parlamenti (AP) işçilərinə rüşvət verdiyi səbəbi ilə başladılan istintaqda AP ofislərində axtarış aparıb.

AP tarixində "ən böyük korrupsiya qalmaqalı" olduğu bildirilən hadisə ilə bağlı Avropa Parlamentinin sədri Roberta Metsola "Avropa demokratiyası hücum altındadır" deyib.

Euractiv xəbər saytı AP-nin Qətərlə əməkdaşlığı dayandırdığını bildirib. Qətər isə ittihamları rədd edib.

Qeyd edək ki, Belçika polisi indiyədək Qətərdən rüşvət almaq iddiası ilə 4 nəfəri saxlayıb. Onların arasında iddialardan sonra vəzifəsindən uzaqlaşdırılan Avropa Parlamentinin sədr müavini, yunan deputat Eva Kaili də var.