Avropadakı neft emalı zavodları neft alışını kəskin şəkildə artırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Bloomberg” öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, husilərinin hücumları səbəbindən dizel yanacağının qiymətinin kəskin artması və Yaxın Şərqdən tədarükün kəsilməsindən sonra idxal artmağa başlayıb. Artan tələbin fonunda Qərbi Afrikanın iki əsas çeşidi “Forcados” və “Egina Brent” müvafiq olaraq 4-6 dollar endirimlə satılmağa başlayıb.

Həmçinin məlumatda aktiv alışın qlobal neft bençmarkı “Brent” üçün fyuçers qiymətlərinin kəskin azalmasına səbəb olduğu qeyd edilib.