Avropa İttifaqı (Aİ) ölkələri 2024-cü ildən etibarən ABŞ vətəndaşlarından viza tələb edəcək.

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, ABŞ ziyarətçiləri hər hansı bir Aİ ölkəsinə səyahət etməzdən əvvəl Avropa Səyahət Məlumatı və Avtorizasiya Sistemi (ETIAS) vasitəsilə əvvəlcədən razılıq almalıdırlar.

Cəmi 8 dollara ediləcək müraciətdə ABŞ vətəndaşı pasportdan əlavə şəxsi məlumatlarını, təhsil səviyyəsini, hazırkı məşğuliyyətini, səyahət məlumatlarını və cinayət keçmişini( varsa  təqdim etməlidir.

Vəziyyətdən və vizadan asılı olaraq 4 gün ərzində müraciətə cavab veriləcək. Qəbul prosesin isə 14-30 gün arasında davam edəcək.

Gülşən Şərif

İqtisadiyyat.az