Avropa İttifaqı (Aİ) silah-sursat istehsalının artırılması məqsədilə Avropa şirkətlərinə 500 milyon avro ayırıb.

Bu barədə İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir.

Bu, Ukraynaya daha çox mərmi tədarük etmək və Aİ ölkələrinin ehtiyatlarını artırmaq məqsədi daşıyır.

“Bu həm də Avropa müdafiə sənayesinə 2025-ci ilin sonuna qədər döyüş sursatlarının istehsalını ildə 2 milyon mərmi artırmağa imkan verəcək”, – məlumatda deyilir.