Avropa İttifaqı (Aİ) ölkələrinin qaz istehlakı bu ilin birinci yarısında illik ifadədə 10% azalaraq 178 milyard kubmetr təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) hesabatında deyilir.

Hesabat dövründə Avropa İttifaqına boru kəmərləri ilə qaz idxalı 34% azalıb. Məlumata görə, bu ilin iyun ayında Avropa İttifaqında qaz istehlakı illik müqayisədə 12% azalaraq ümumilikdə 18 milyard kubmetrə çatıb. Bu azalma ilk növbədə külək və günəş enerjisindən artan enerji istehsalı ilə bağlı olub.

Eyni zamanda, ay ərzində Avropada qazın qiymətinin ucuzlaşmasına baxmayaraq, sənaye sektorunda qaza tələb əvvəlki illə müqayisədə tam bərpa oluna bilməyib.

 

Gözəl Həşimova