Ukrayna infrastrukturun bərpası üçün Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) 300 milyon dollar alacaq.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Ukrenerqo"nun rəhbəri Vladimir Kudritski sosial şəbəkələrdə məlumat paylaşıb.

Məlumatda AYİB rəhbəri Odil Renaud-Basso və Ukraynanın baş naziri Denis Şmihal Parisdə, eləcə də özü lazımi sənədləri Kiyevdə onlayn imzalayıb:

“AYİB, yüksək gərginlikli infrastrukturun bərpası və şirkətimizin maliyyə dayanıqlığının artırılması üçün bizə 300 milyon avro cəlb etməyə imkan verəcək”.