Oktyabrın 23-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tehranda "3+3" formatında keçiriləcək xarici işlər orqanları rəhbərlərinin görüşündə iştirak edəcək. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

"Oktyabrın 23-də Tehranda İran tərəfinin dəvəti ilə Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan regional məsləhət platformasının ("3+3") iclasında iştirak edəcək. İkitərəfli görüşlər də planlaşdırılır", - məlumatda qeyd edilib.