Avropa İttifaqı (Aİ) ölkələrində antibiotik preparatlarının tədarükündə problem olduğu bildirilir.

Avropa Dərman Agentliyinin (EMA) baş həkimi Steffan Thirstrup deyir ki, bir çox ölkələr müəyyən dərmanların, xüsusilə də amoksisillin aktiv maddəsi olan antibiotiklərin tapılmasında çətinliklərlə üzləşirlər.

Baş həkim bildirib ki, AB-nin 27 ölkəsindən 25-də antibiotik dərman qıtlığının olduğunu və son aylarda bu dərmanlara tələbatın artdığını, eyni zamanda istehsalda da problemlərin olduğunu bildirib:

“Dərman istehsalçıları kadr çatışmazlığı səbəbindən istehsalda problemlərlə üzləşirlər. Antibiotik dərmanlarının düzgün istifadə edilməsi ilə bağlı xəbərdarlıq edilib artıq. Soyuqdəymə və ya virus infeksiyası kimi hallarda antibiotikdən istifadə etməyə ehtiyac yoxdur.”a