Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu il valyuta satışlarını azaldıb və 140 mln. ABŞ dollarına qənaət edib.

Bu barədə faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edən Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, Neft Fondu özünün valyuta satışları qrafikindən geri qalır: "Valyuta bazarında profisit var və tam tarazlıq hökm sürür".APA