Azərbaycanda milli pul nişanlarının reproduksiyasını (bənzədilmiş surətdə hazırlanması) tənzimləyən yeni qaydalar təsdiq edilib.

Bu barədə İqtisadiyyat.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, Mərkəzi Bankın İdarə Heyətinin 25 oktyabr 2023-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Pul nişanlarının reproduksiyası Qaydası” 3 noyabr 2023-cü il tarixindən qüvvəyə minib.

Qayda ilə milli kağız və metal pul nişanlarının reproduksiyasına dair tələblər, o cümlədən pulların reproduksiyası zamanı ölçülərinə dair tələblər, elektron reproduksiyaya qarşı keyfiyyət parametrləri müəyyən edilir. Reproduksiya qaydalarının tələblərini pozmaqla hazırlanmış pul nişanları saxta hesab olunur.