Azərbaycandan bu ilin yanvar-aprel aylarında Almaniyaya neft ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,5% azalaraq 440,7 min ton təşkil edib.

Bu barədə İqtisadiyyat.az Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Hesabat dövründə ölkənin Almaniyaya ixrac etdiyi neftin dəyəri isə 7,4 milyon dollar azalaraq 293,8 milyon dollar olub.

 

Gözəl Həşimova