Almaniyada Müdafiə Nazirliyinin hazırladığı hesabata görə, alman ordusu olan Bundesver, gözə çarpan çatışmazlıqları səbəbindən NATO-nun üzərinə düşən vəzifələri ancaq məhdud dərəcədə yerinə yetirə bilir.


İqtisadiyyat.az xəbər verir ki, Alman mətbuatında yer alan xəbərə görə, hesabatda artilleriya silahları, hava hücumundan müdafiə sistemləri və döyüş gəmilərindəki müasir rabitə texnologiyasındakı çətinliklər səbəbiylə ordunun ancaq məhdud şəkildə töhfə verə biləcəyi ifadə edilib.

Hesabatda həmçinin bütün silahlı qüvvələr üçün əməliyyat hazırlığının yenidən qurulmasının zəruriliyi vurğulanıb.

Alman ordusunda maddi, şəxsi heyət və təlim vəziyyətinin də pis olduğuna diqqət çəkilərək, Almaniya donanmasının mart ayına qədər Birləşmiş Millətlər Təşkilatının Livan sahillərindəki UNIFIL missiyasına gəmi göndərə bilməyəcəyi bildirilib.

Almaniyanın 2023-cü ilin sentyabrından etibarən Avropa Birliyinin Aralıq dənizindəki “İrini” hərbi missiyası üçün gəmi təmin edib-etməməsinin də mübahisəli olduğu, donanmanın yaza qədər dənizdə təhlükəsizliyi təmin edə bilməyəcəyi vurğulanıb.

Slovakiyada yerləşdirilən “Patriot” raket sistemlərinin modernləşdirilməsi üçün 2023-cü ilin sonuna qədər Almaniyaya qaytarılmalı olduğu və Bundesverin bunun üçün çarə axtardığı qeyd edilib.