Azərbaycan Respublikasının Ali Məhkəməsində təbii inhisar subyektləri - “Azəriqaz” İstehsalat Birliyi, “Azərişıq” və “Azərsu” Açıq Səhmdar Cəmiyyətlərinin rəhbər şəxsləri ilə görüş keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 aprel 2019-cu il tarixli Fərmanına əsasən aparılmış məhkəmə-hüquq islahatları, ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində Mülki Prosessual Məcəlləyə edilmiş köklü dəyişikliklər, Ali Məhkəmənin vahid məhkəmə təcrübəsinin formalaşması ilə bağlı fəaliyyəti barədə məlumat verilib.

Təbii inhisar subyektləri olaraq “Azəriqaz” İstehsalat Birliyi, “Azərişıq” və “Azərsu” Açıq Səhmdar Cəmiyyətlərinin iştirak etdikləri kommersiya və mülki işlərdə rast gəlinən xarakterik problemlər müzakirə edilib, qanunvericiliyin tələbləri diqqətə çatdırılıb.

Tədbirdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.