"Zirə” bu gün Avropa Liqasının I təsnifat mərhələsində cavab oyununa çıxıb.

İqtisadiyyat.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv “Şerif”lə üz-üzə gəlib. Əsas və əlavə vaxtı “Şerif”in üstünlüyü ilə (1:2) bitdiyi üçün oyunun qalibi penaltilər seriyasında müəyyənləşib.

Son zərbələrdə daha dəqiq olan “Şerif” turu keçən tərəf olub.

Avropa Liqası

I təsnifat mərhələsi, cavab oyunu

18 iyul

20:00 Zirə – Şerif (Moldova) 1:2 (penaltilər seriyası 4:5)

Qollar: Rafael Utziq, 4 – Əyyub Allaş, 54, Yade, 77

Qırmızı vərəqə: Salifu Suma, 40 (“Zirə”)

“Liv Bonadea Arena”

İlk oyun 1:0.