Avropa Komissiyasının prezidenti Von der Leyen İranı Rusiya Federasiyasına mümkün raket tədarükünə görə sanksiyalarla hədələyib.

Bu barədə İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir.

“İran Rusiyanı ballistik raketlərlə təmin edərsə, biz əlavə sanksiyalarla cavab verməyə hazırıq”, - deyə o bildirib.

Bundan əvvəl ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, İran Ukraynada döyüş əməliyyatlarında istifadə üçün Rusiyaya ballistik raketlər satarsa, Vaşinqton və onun müttəfiqləri sərt tədbirlər görəcək.