Avropa İttifaqı (Aİ) və İsveçrə münasibətləri yaxşılaşdırmaq üçün danışıqlar masasına oturacaqlar.

İqtisadiyyat.az xəbər verir ki, Aİ Şurası Aİ Komissiyasına birlik adından Aİ-İsveçrə münasibətlərinin əsasını təşkil edəcək "geniş tədbirlər paketi" ilə bağlı danışıqlar aparmaq səlahiyyətinin verildiyini açıqlayıb.

Bəyanatda bildirilib ki, danışıqların məqsədi Aİ ilə İsveçrə arasında ikitərəfli münasibətləri yeniləmək və dərinləşdirmək, Aİ ilə daxili bazarda fəaliyyət göstərən İsveçrə şirkətləri arasında ədalətli rəqabət mühitini təmin etmək və Aİ-nin hüquqlarını qorumaqdır.

Danışıqlarda İsveçrənin narahatlıqlarını aradan qaldıracaq ünsürlərin də yer aldığı vurğulanan açıqlamaya görə, insanların sərbəst hərəkəti, işçilərin təyinatı, dəmir yolu və avtomobil nəqliyyatı sahələrində Aİ qaydalarına uyğunlaşmaq üçün məhdud istisnalara icazə veriləcək.

Bəyanatda daxili bazar təcrübələrində mübahisələri həll edəcək müddəalar, ictimai dəstək, İsveçrənin Aİ proqramlarında iştirakına icazə verilməsi, elektrik enerjisi, qida təhlükəsizliyi və sağlamlıq müqavilələri ilə bağlı danışıqların bərpası kimi məsələlərdə birlikdə irəliləyəcəkləri bildirilib.

Qeyd edək ki, Aİ İsveçrənin ən böyük ticarət tərəfdaşıdır.