Somali sahillərində Banqladeş bayraqlı gəmiyə pirat hücumu olub.

İqtisadiyyat.az xəbər verir ki, bu məlumatı Avropa İttifaqının (Aİ) Atalanta dəniz missiyası təsdiqləyib.

"Atalanta əməliyyatı Banqladeş bayraqlı "Abdulla" ticarət gəmisinə pirat hücumu hadisəsini təsdiqləyir", - missiyanın "X" hesabında paylaşılan bəyanatında deyilir.