Avropa İttifaqı (Aİ) Krımın Rusiya Federasiyasına birləşdirilməsindən sonra ilk dəfə olaraq tətbiq etməyə başladığı Rusiyaya qarşı fərdi sanksiyaların müddətini daha altı ay uzadıb. Eyni zamanda, 3 Rusiya vətəndaşı da qara siyahıdan çıxarılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Aİ Şurası bildirib.

"Bu gün Şura Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozan və ya təhdid edən şəxslərə qarşı məhdudlaşdırıcı tədbirlərin daha altı ay müddətinə, 2024-cü il sentyabrın 15-dək uzadılması barədə qərar qəbul edib", - deyə məlumatda bildirilir.

Vurğulanıb ki, sanksiyaların nəzərdən keçirilməsi kontekstində Şura həmçinin üç şəxsə qarşı tədbirləri uzatmamaq və doqquz ölümü siyahıdan çıxarmaq qərarına gəlib.