Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı qarşıdan gələn 13-cü sanksiyalar paketinin bir hissəsi olaraq, Moskvaya qarşı sanksiyalardan yayınmada iştirak edən müxtəlif ölkələrin şirkətlərinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edəcək. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Xosep Borell Varşavada keçirdiyi mətbuat konfransında bildirib.

"Sanksiyalar bizim sanksiyalardan yayınmada iştirak edən bir çox insan və qurumlara, eləcə də müxtəlif ölkələrin şirkətlərinə təsir edəcək", - Borell qeyd edib.

Onun sözlərinə görə, yeni sanksiyalar paketi üzərində iş davam edir, məqsədi yeni tədbirləri fevralın 24-nə qədər, yəni Rusiyanın Ukraynada hərbi əməliyyata başlamasının ikinci ilinə qədər təsdiq etməkdir.