Avropa İttifaqı (Aİ) ölkələri Rusiya əleyhinə sanksiyaların onuncu paketi ilə bağlı razılığa gələ bilməyib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Yeni sanksiyalar paketinin müzakirəsi sabah, fevralın 23-də davam edəcək.
Aİ Rusiyaya qarşı onuncu sanksiyalar paketini fevralın 24-də, Rusiyanın Ukraynaya qarşı müharibəsinin ildönümü günündə dərc etməyi planlaşdırır.