Bu ilin yanvar-mart aylarında ötən ilin eyni dövrü ilə müqayisədə Hindistandan gələnlərin sayı 5,4 dəfə, Türkmənistandan - 4,2 dəfə, Özbəkistandan - 4,1 dəfə, Çindən - 3,6 dəfə, Belarusdan - 3,4 dəfə, Qazaxıstandan - 2,3 dəfə, Pakistandan - 2,0 dəfə, Rusiya Federasiyasından - 1,8 dəfə, İsraildən - 1,7 dəfə, ABŞ-dan - 1,5 dəfə, Gürcüstandan - 45,2 faiz, Böyük Britaniyadan - 40,6 faiz, Omandan - 38,5 faiz, Küveytdən - 32,4 faiz, Türkiyədən - 30,2 faiz, Birləşmiş Ərəb Əmirliklərindən - 28,0 faiz artıb.

Dövlət Statistika Komitəsindən İqtisadiyyat.az-a verilən xəbərə görə, 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 1,8 dəfə artaraq 151,4 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 40,1 faiz artaraq 15,2 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 1,5 faiz artaraq 59,1 min nəfər olub.