Avropa İttifaqına (Aİ) üzv ölkələr transmilli şirkətlərə qlobal minimum 15 faiz korporativ vergi tətbiq etməyə razılaşıblar.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa Şurası açıqlama yayıb.

Açıqlamada Aİ-yə üzv dövlətlər İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) beynəlxalq vergi islahatının ikinci sütunu kimi tanınan minimum vergitutma komponentini Aİ səviyyəsində həyata keçirmək barədə razılığa gəldikləri bildirilib.

Razılaşma ilə, ümumi illik dövriyyəsi ən azı 750 milyon avro olan çoxmillətli və ya yerli şirkətlərin mənfəətindən ən azı 15 faiz vergi tutulacaq.