"Avropa İttifaqına (Aİ) üzv ölkələr Qırmızı dənizdə gəmilərin təhlükəsizliyini təmin etmək üçün ABŞ-nin başlatdığı "Prosperity Guardian" əməliyyatında iştirak etmək qərarına gəlib". 

İqtisadiyyat.az xəbər verir ki, bunu Aİ diplomatiyasının rəhbəri Xosep Borell deyib.

"Husilərin məsuliyyətsiz hərəkətləri Qırmızı dənizdə naviqasiya azadlığına təhlükə yaradır. Bu gün çağırdığım Aİ-nin daimi nümayəndələrinin fövqəladə iclasında üzv dövlətlər Atalanta əməliyyatı vasitəsilə ABŞ-nin "Prosperity Guardian" əməliyyatına töhfə verməyə razılaşdılar", - Borell "X" şəbəkəsində yazıb.