Avropa İttifaqının (Aİ) dövlət və hökumət başçıları martın 21-22-də keçiriləcək sammitdə Ukraynaya təcili və intensiv dəstəyin zəruriliyini bəyan etmək niyyətindədirlər. 

İqtisadiyyat.az xəbər verir ki, bunu Aİ nümayəndəsi Brüsseldə jurnalistlərə bildirib.

"Ukrayna ilə bağlı əsas mesajımız üç yönlü olacaq: yardımımızın təcili və intensivliyi və Ukraynaya dəstək vermək əzmimiz", - o deyib.

Diplomatın sözlərinə görə, Ukrayna prezidenti Volodimir Zelenski bu ölkədəki münaqişə və bütün əlaqədar məsələləri müzakirə etməzdən əvvəl 27 Aİ ölkəsinin liderlərinə videobağlantı vasitəsilə müraciət edəcək.