Avropa İttifaqı iqtisadi əlaqələri inkişaf etdirmək və Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) ilə azad ticarət sazişi bağlamaq istəyir.


İqtisadiyyat.az xəbər verir ki, Aİ-ASEAN əlaqələrinin 45-ci ildönümü münasibətilə Brüsseldə Aİ-ASEAN Liderlərinin Sammiti keçirilib.

Sammitin açılışında çıxış edən Avropa Şurasının sədri Çarlz Mişel gələcək prioritetləri müəyyən etmək üçün bir araya gəldiklərini ifadə edərək, ASEAN və Aİ-nin ortaq dəyərləri paylaşdıqlarını bildirib.

Görüşün regionları daha da yaxınlaşdırmaq üçün bir fürsət olduğuna diqqət çəkən Mişel, "Bunu etmənin bir yolu ticarətdən keçir. Ticarət, böyümə və bölgələrimiz arasında sıx əlaqələri dəstəkləmək üçün güclü bir vasitədir" dedi. 

AB-nin daha əvvəl Vyetnam və Sinqapurla ticarət müqavilələri bağladığını xatırladan Mişel, "ASEAN-da digər ölkələrlə də ticarət müqavilələri bağlamaq imkanlarını araşdırırıq. Aİ-ASEAN azad ticarət müqaviləsini inkişaf etdirməyi ümid edirik", - deyə fikrini bildirib.

Çətin geosiyasi dövrlərdən keçdiyimizə diqqət çəkən Mişel iqlim dəyişikliyi, COVID-19, münaqişələr və təhlükəsizlik problemlərindən əlavə, Rusiya-Ukrayna müharibəsinin də başladığını xatırladıb.

Müharibənin dünya miqyasında enerji və ərzaq təhlükəsizliyi böhranına səbəb olduğunu bildirən Mişel, Aİ-nin Ukraynanı güclü şəkildə dəstəklədiyini xatırladıb.

Mişel bildirib ki, ASEAN və Aİ arasında çoxlu ortaq cəhətlər var, ona görə də o, münasibətlərin dərinləşməsi üçün çalışmaqdan çox məmnundur.