İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu əkinçiliyin inkişafı üzrə layihəyə 195 min manat güzəştli kredit ayırıb.

iqtisadiyyat.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tviter hesabında yazıb.

Nazirin sözlərinə görə, layihə sahibkar Etibar Əsgərov tərəfindən təqdim olunub və Ağstafa rayonunda həyata keçiriləcək.