Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan İqtisadiyyat.az-a verilən məlumata görə, keçirilən tədbir zamanı Xanbulaq kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 1 ton 250 kiloqram olan 2900 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.