İqtisadiyyat.Az-ın Dövlət Statistika Komitəsinə  verdiyi məlumata istinadən verdiyi xəbərə görə, Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 81,7 % azalıb. Məlumatda həmçinin qeyd olunur ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2019-cu ilin yanvar-aprel aylarında 15,5 milyard manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 15,5 faiz artmışdır.