"Ağ Ev ümid edir ki, ABŞ Konqresi yanvarda Ukraynaya yardım üçün əlavə büdcə ayırmasını təsdiq edəcək, lakin bu məsələdə vaxt Vaşinqtonun tərəfində deyil". 

İqtisadiyyat.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

Onun sözlərinə görə, yanvarın sonu və fevralda hava şəraitinə görə Rusiya qoşunlarının irəliləməsi asanlaşacaq: "Beləliklə, vaxt bizim tərəfimizdə deyil. Biz mümkün qədər tez maliyyə əldə etmək istəyirik. Aydındır ki, bunun yanvarda baş vermə ehtimalı böyükdür, lakin nə qədər tez bir o qədər yaxşıdır".

Ağ Evin sözçüsü ABŞ-nin cənub sərhədindəki vəziyyətlə bağlı əlavə maliyyə və Ukraynaya yardımla bağlı danışıqlarda müəyyən irəliləyiş əldə edildiyini də bildirib, lakin təfərrüatları açıqlamaqdan imtina edib: "Bir qədər irəliləyiş var. Mən prosesləri qabaqlamağa hazırlaşmayacağam, bunun hara getdiyini görəcəyik".