ABŞ hazırkı mərhələdə İsrailə silah və sursat tədarükünə məhdudiyyətlər qoymaq niyyətində deyil. 

İqtisadiyyat.az xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə ABŞ-nin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.

"Biz ardıcıl olaraq açıq şəkildə bildirdik ki, hazırkı siyasətimiz sizin dediyiniz addımları əhatə etmir. Biz yardımları dayandırmaq niyyətində deyilik", - Amerika liderinin müşaviri, İsrailə silah ötürülməsinə məhdudiyyətlərin tətbiqi perspektivini şərh edərkən deyib.