Birləşmiş Ştatlar Administrasiyası mümkün məhbus mübadiləsi ilə bağlı Rusiya hakimiyyət orqanları ilə müntəzəm yüksək səviyyəli əlaqələr saxlayır və bu iş davam etdiriləcək. 

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri Amerika prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

Ona Rusiya Federasiyasında casusluqda təqsirləndirilən Evan Qerşkoviç və eyni iddia ilə məhkum olunmuş Pol Uilanın mübadiləsi ilə bağlı Vaşinqton və Moskva arasında aparılan danışıqlar barədə sual verilib. Sallivan belə cavab verib: "Biz Pol Uilan və Evan Qerşkoviçin azadlığa buraxılması üçün davamlı səylər göstəririk və onlar azad edilənə qədər bunu davam etdirəcəyik və bu, Rusiya Federasiyası ilə müntəzəm yüksək səviyyəli ünsiyyət və bir sıra təkliflər irəli sürmək deməkdir. Biz bunu uzun müddət davam etdirəcəyik".