ABŞ federal hökumətinin büdcə kəsiri 2024-cü maliyyə ilinin ilk ayı olan oktyabr ayında 66,6 milyard dollar təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24 % azdır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi oktyabr ayı üçün büdcə balansı hesabatını dərc edib.

Federal hökumətin büdcə kəsiri 1 oktyabr 2023-cü ildə başlayan və 30 sentyabr 2024-cü ildə sona çatacaq 2024-cü maliyyə ilinin ilk ayında 66,6 milyard dollar olaraq hesablanıb.

Oktyabrda hökumətin gəlirləri keçən ilin eyni ayına görə 27% artaraq 403,4 milyard dollara, xərcləri isə 16% artaraq 470 milyard dollara çatıb.

Məlumata görə, hökumətin 2023-cü maliyyə ilinin eyni ayında 87,9 milyard dollar büdcə kəsiri olub.

 

Gözəl Həşimova