"Yaxın Şərqdə ABŞ qüvvələrinin daha da gücləndirilməsi üçün əlavə dəstək veriləcək".

İqtisadiyyat.az xəbər verir ki, bunu ABŞ müdafiə naziri Lloyd Ostin açıqlayıb.

Mövzu ilə bağlı verdiyi açıqlamada Ostin İran və onun müvəkkil qüvvələrinin Yaxın Şərqdəki fəaliyyətlərinin artdığını və buna görə də ABŞ qüvvələrinin bölgədə gücləndirilməsi üçün əlavə dəstək veriləcəyini bildirib.

Sözügedən dəstəyin regional çəkindirmə səylərini gücləndirəcəyini, ABŞ qüvvələrinin bölgədəki təhlükəsizliyini artıracağını və İsrailin müdafiəsinə kömək edəcəyini ifadə edən Austin, ABŞ-nin təyyarə gəmisi USS Dwight D. Eisenhower qrupunun bölgədəki qüvvələrə əlavə güc qatacağını söyləyib.

Ostin həmçinin qeyd edib ki, ABŞ qoşunlarının təhlükəsizliyi üçün bölgəyə əlavə qüvvələr yerləşdiriləcək və Regional Yüksək Hava Hücumundan Müdafiə (THAAD) sisteminin batareyası göndəriləcək.