ABŞ Maliyyə Nazirliyi bu ilin üçüncü rübü üçün borclanma təxminini 1 trilyon 7 milyard dollara yüksəldib.

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, sentyabrın sonunda nağd pul qalığı 650 milyard dollar, borclanma proqnozu isə may ayında açıqlanan proqnozdan 274 milyard dollar çox olub.

Məlumata görə, nazirlik may ayında paylaşılan proqnozda ilin ilk rübündə xəzinədarlığın 726 milyard dollar borc alacağı, iyunun sonunda isə nağd pul qalığının 550 milyard dollar olacağını açıqlayıb.

Gülşən Şərif

İqtisadiyyat.az