"Birləşmiş Ştatlar girovların azad edilməsinə və Qəzza zolağında yardımın artırılmasına səbəb olacaq uzun bir humanitar fasilə əldə edə biləcəyinə əmindir". 

İqtisadiyyat.az xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar humanitar fasilələri alqışladığını açıq şəkildə bildirib: "Əgər HƏMAS girovları yenidən azad etməyə başlasa, mən əminəm ki, biz humanitar pauza, bəlkə də uzun bir humanitar fasilə əldə edə bilərik. Bu, təkcə girovların azad edilməsinə deyil, həm də Qəzzaya yardımın həcminin artırılmasına və daha asan çatdırılmasına imkan verəcəkdir", - diplomat bildirib.